Karl Marx

Karl Marx

alman filosof, marksizmin banisi

Philosophy

Karl Henrix Marks — Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.

Read the full article on Wikipedia ↗
This biography is based on public Wikipedia content, available under the CC BY-SA license.

Also available in: IsraelUnited StatesFranceArgentinaGermanyRussiaBrazilHungaryNetherlandsItalyUkraineTurkeySwedenPolandDenmarkIranRomaniaMoroccoGreeceGeorgiaBulgariaCzechiaSlovakiaSerbiaCroatiaKazakhstanEstonia